Xəbər lenti

Premyer Liqa: "Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi
İdman17:09 23.10.2026

Premyer Liqa: "Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasında IX tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk oyununda "Araz-Naxçıvan" Şamaxıda "Qəbələ"ni qəbul edib.

Qonaqlar Şamaxı şəhər stadionunda baş tutan qarşılaşmadan qalib ayrılıb - 2:1.

"Qırmızı-qaralar"ın qollarını 8-ci dəqiqədə İsmael Akinade, 48-ci dəqiqədə İsaak Amoah vurublar. Meydan sahiblərindən 36-cı dəqiqədə Mohamed Mara fərqlənib.

Qələbə sayəsində xallarını sayını 7-yə çatdıran "Qəbələ" 9-cu pillədə qərarlaşıb. "Araz-Naxçıvan" 2 xalla sonuncu - 12-ci sırada qalıb.

Günün ikinci görüşündə "Zirə" doğma meydanda "Sumqayıt"ı sınağa çəkəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.