Xəbər lenti

Üzü daha gənc göstərən saç kəsimləri
DƏB08:15 06.11.2026

Üzü daha gənc göstərən saç kəsimləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bəzi saç kəsimləri üz cizgilərini yumşaldaraq insana daha gənc görünüş qazandıra bilər. Xüsusilə uzadılmış bob, çoxqatlı kare və yumşaq kaskad saç modelləri bu baxımdan daha uğurlu seçim hesab olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya top-stilist Həmiddulla Əzimov danışıb.

Mütəxəssisin sözlərinə görə, yumşaq xətlərə, yüngül qatlara və təbii həcmə malik saç kəsimləri görünüşdə daha təravətli effekt yaradır. Bu modellər saçlara hərəkətlilik qazandırır, üz cizgilərini yumşaldır və üz ovalının daha balanslı görünməsinə kömək edir.

Əzimov vurğulayıb ki, saç kəsimi seçilərkən üzün forması, saçın quruluşu və insanın fərdi xarici xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Stilist saç kəkilinin seçilməsi ilə bağlı da tövsiyələrini bölüşüb. Onun fikrincə, yumru üz formasına uzun və yan daranmış kəkil, kvadrat üzə yumşaq və teksturalı variantlar, uzunsov üzə isə daha sıx və düz kəkil uyğun gəlir.

Nazik saçlar üçün yüngül, qalın saçlar üçün isə daha həcmli kəkil məsləhət görülür. Buruq saçlarda isə təbii dalğanın istiqaməti və forması nəzərə alınmalıdır.

Əzimovun sözlərinə görə, demək olar ki, hər üz formasına uyğunlaşa bilən variantlardan biri də uzadılmış, pərdə formalı kəkildir. Bu model üzü zərif şəkildə çərçivəyə alır və xüsusi qulluq, eləcə də mürəkkəb saç düzümü tələb etmir.

Aydın