Xəbər lenti

Britaniyalı nazir jurnalistin çips sualına əsəbiləşdi
Dünya16:30 05.11.2026

Britaniyalı nazir jurnalistin çips sualına əsəbiləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniyanın ərzaq təhlükəsizliyi və kənd işləri üzrə naziri Anjela İql hisə verilmiş donuz əti dadlı çipslərin ölkədə qadağan oluna biləcəyi ilə bağlı sualdan sonra jurnalistə sərt reaksiya verib.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Hadisə “Times” radiosunun aparıcısı Stiq Abel nazirə Avropa İttifaqının vegetarian məhsulların qablaşdırılmasında “ət” ifadəsinin istifadəsinə dair qaydaları ilə bağlı sual ünvanlayarkən baş verib. Jurnalist, həmçinin Brexit dövründə Aİ-nin bananların formasını belə tənzimlədiyi barədə yayılan iddiaları xatırladıb.

Anjela İql isə bu müqayisəyə və çipslərin qadağan olunması ehtimalına münasibət bildirərkən əsəbiləşib. Nazir jurnalistə fərqli yanaşma sərgiləməyi və məsələnin mahiyyətini anlamağı tövsiyə edib.

Müzakirənin səbəbi Avropa İttifaqının vegetarian məhsulların adlandırılması ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərdir. Qaydalar bəzi hallarda bitki tərkibli qidalara ənənəvi ət məhsullarını xatırladan adların verilməsini məhdudlaşdırır.

Bu tənzimləmənin əsas məqsədi ənənəvi heyvandarlıq məhsullarını haqsız rəqabətdən qorumaq və istehlakçıların məhsulların tərkibi ilə bağlı yanılmasının qarşısını almaqdır.

Aydın