Xəbər lenti

Ərdoğan Zəfər Günü Bakıya gələcək (YENİLƏNİB)
Siyasət13:13 05.11.2026

Ərdoğan Zəfər Günü Bakıya gələcək (YENİLƏNİB)

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Cənubi Koreyadan qayıdarkən jurnalistlərə açıqlama verib.

"8 noyabrda Azərbaycanın Zəfər Günü var. Mən də, gözlənilməz bir şey olmasa 8 Noyabr günü Azərbaycana bir səfər etməyi düşünürəm. İnşallah bu səfər münasibətilə də lazımi addımları atmaq imkanımız olar", - Ərdoğan deyib.

12.43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.