Xəbər lenti

"Kia" Rafael Nadal üçün gildən unikal avtomobil heykəli hazırladı
Dünya13:29 05.11.2026

"Kia" Rafael Nadal üçün gildən unikal avtomobil heykəli hazırladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənubi Koreyanın avtomobil istehsalçısı "Kia" İspaniya tennisinin əfsanəsi Rafael Nadal üçün qeyri-adi hədiyyə hazırlayıb. Şirkət tennisçinin uğurlarına həsr olunan EV4 GT elektromobilinin tamölçülü gil heykəlini təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Maraqlı layihənin hazırlanmasında avtomobil modellərinin yaradılması üçün istifadə olunan xüsusi plastilindən və Nadalın 63 təkli çempionluq qazandığı tennis kortlarının gilindən istifadə edilib. Heykəl tennisçinin İspaniyanın Mayorka adasında yerləşən öz adına akademiyasında ona təqdim olunub.

Layihə "Kia" və Nadal üçün xüsusi məna daşıyan iki mövzunu birləşdirir. Gil örtüklü kortlarda qazandığı uğurlara görə "Torpağın kralı" adlandırılan tennisçinin idman karyerası ilə avtomobil dizaynında gildən istifadə ənənəsi bu əsərin əsas ideyasını təşkil edir.

EV4 GT-nin əsas formalarını qoruyan heykəlin narıncı-qırmızı səthi üzərində ağ xətlər çəkilib. Bu xətlər tennis kortunun nişanlanmasını xatırladır.

Kompozisiyada Nadalın karyerasının mühüm göstəriciləri də əks olunub. Bunlara gil kortlarda qazandığı 63 titul, bu örtükdə ardıcıl 50 setlik qələbə rekordu və dünya reytinqində birinci pillədə olduğu beş mövsüm daxildir.

Beləliklə, "Kia" həm avtomobil dizaynının yaradıcı tərəfini, həm də Nadalın tennis tarixindəki nailiyyətlərini bir araya gətirən xüsusi sənət əsəri ərsəyə gətirib.

Aydın