
Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı alan media nümayəndələrinin arasında "Global Media Group"a daxil olan "Baku TV"nin 3 əməkdaşı var.
Qaynarinfo xəbər verir ki, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzalanan sərəncamla "Baku TV"nin əməkdaşları Elçin Əlibəyli, Gülnar Muradova və Jalə Ədilova "Tərəqqi" medalı ilə təltif ediliblər.