Xəbər lenti

2040-cı ildə dünya iqtisadiyyatı: Azərbaycanın 85-ci yerdə olacağı gözlənilir (SİYAHI)
Ekonomiks18:45 05.11.2026

2040-cı ildə dünya iqtisadiyyatı: Azərbaycanın 85-ci yerdə olacağı gözlənilir (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qlobal iqtisadiyyatın 2040-cı ilədək nominal ifadədə 227 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Yeniavaz.com xəbər verir ki, bu barədə İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzinin (Cebr) hazırladığı “Dünya İqtisadi Liqası Cədvəli 2026” hesabatında yer alan proqnozlarda bildirilir.

Bu dövrdə ABŞ dünyanın ən böyük iqtisadiyyatı statusunu qorusa da, Çinlə arasındakı fərqin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

Hesablamalara görə, qlobal iqtisadiyyatın həcmi 2026-cı ildə təxminən 124 trilyon dollar olsa da, 2040-cı ildə 227 trilyon dollara yüksələcək. Bu isə 14 il ərzində nominal ifadədə 83 faizlik artım deməkdir.

Hesabatda diqqət çəkən əsas məqamlardan biri ABŞ və Çin arasındakı iqtisadi fərqin azalmasıdır. Belə ki, 2026-cı ildə ABŞ iqtisadiyyatının həcmi 31,6 trilyon dollar, Çinin iqtisadiyyatı isə 20,9 trilyon dollar qiymətləndirilir. 2040-cı ildə isə bu göstəricilərin müvafiq olaraq 52,9 trilyon və 47,9 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Beləliklə, hazırda iki ölkə arasında 10,7 trilyon dollar olan fərqin 2040-cı ildə təxminən 5 trilyon dollara qədər azalacağı gözlənilir.

Proqnozlara əsasən, 2040-cı ildə ABŞ-nin dünya iqtisadiyyatındakı payı 23,3 faiz, Çinin payı isə 21,1 faiz təşkil edəcək.

Hesabatda Asiya ölkələrinin qlobal iqtisadiyyatda rolunun əhəmiyyətli dərəcədə artacağı bildirilir. Xüsusilə, Çin, Hindistan və İndoneziyanın iqtisadi yüksəlişi bu prosesdə mühüm rol oynayacaq.

Hindistanın 2040-cı ildə dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcəyi proqnozlaşdırılır. Ölkənin ÜDM-nin 4,5 trilyon dollardan 14,1 trilyon dollara yüksələcəyi gözlənilir. Bununla Hindistan Almaniya və Yaponiyanı geridə qoyacaq.

İndoneziyanın isə daha böyük sıçrayış edəcəyi bildirilir. Belə ki, ölkənin 2026-cı ildəki 17-ci yerdən 2040-cı ildə 8-ci yerə yüksələcəyi proqnozlaşdırılır. İndoneziyanın iqtisadiyyatının həcminin 4,2 trilyon dollara çatacağı gözlənilir.

Bunun əksinə, Almaniya və Yaponiya iqtisadi artım nümayiş etdirsələr də, dünya reytinqində mövqelərini itirəcəklər. Almaniya 3-cü yerdən 4-cü yerə, Yaponiya isə 5-ci yerdən 6-cı yerə düşəcək.

Avropanın dünya iqtisadiyyatındakı payının 2026-cı ildəki 26 faizdən 2040-cı ildə 21 faizə, Şimali Amerikanın payının isə 30 faizdən 27 faizə enəcəyi proqnozlaşdırılır.

Azərbaycanın 2040-cı ildə nominal ÜDM-i 152 milyard dollar təşkil edəcək. Bu göstərici ilə ölkəmiz 190 iqtisadiyyat arasında 85-ci yerdə qərarlaşacaq.

Azərbaycanın həmin ildə dünya iqtisadiyyatındakı payının 0,1 faizdən az olacağı gözlənilir.

Qonşu ölkələrdən Türkiyənin 2,053 trilyon dollarlıq ÜDM-lə 19-cu, Rusiyanın 3,247 trilyon dollarlıq ÜDM-lə 16-cı, İranın 594 milyard dollarlıq ÜDM-lə 49-cu, Gürcüstanın 102 milyard dollarlıq ÜDM-lə 97-ci, Ermənistanın isə 69 milyard dollarlıq ÜDM-lə 111-ci yerdə qərarlaşacağı proqnozlaşdırılır.

2040-cı ildə dünya iqtisadiyyatlarının proqnozlaşdırılan ÜDM-si aşağıdakı kimi olacaq:

ABŞ – 52 852 milyard dollar (Qlobal ÜDM-də payı 23,3%)

Çin – 47 877 milyard dollar (21,1%)

Hindistan – 14 092 milyard dollar (6,2%)

Almaniya – 7 783 milyard dollar (3,4%)

Birləşmiş Krallıq – 6 784 milyard dollar (3,0%)

Yaponiya – 5 922 milyard dollar (2,6%)

Fransa – 5 203 milyard dollar (2,3%)

İndoneziya – 4 182 milyard dollar (1,8%)

Braziliya – 3 943 milyard dollar (1,7%)

Kanada – 3 818 milyard dollar (1,7%)

İtaliya – 3 771 milyard dollar (1,7%)

İspaniya – 3 373 milyard dollar (1,5%)

Cənubi Koreya – 3 297 milyard dollar (1,5%)

Avstraliya – 3 289 milyard dollar (1,4%)

Meksika – 3 268 milyard dollar (1,4%)

Rusiya – 3 247 milyard dollar (1,4%)

Səudiyyə Ərəbistanı – 2 890 milyard dollar (1,3%)

Hollandiya – 2 142 milyard dollar (0,9%)

Türkiyə – 2 053 milyard dollar (0,9%)

Argentina – 2 009 milyard dollar (0,9%)

Polşa – 1 828 milyard dollar (0,8%)

İsveçrə – 1 639 milyard dollar (0,7%)

Tayvan – 1 521 milyard dollar (0,7%)

Filippinlər – 1 500 milyard dollar (0,7%)

Banqladeş – 1 448 milyard dollar (0,6%)

Birləşmiş Ərəb Əmirlikləri – 1 412 milyard dollar (0,6%)

Vyetnam – 1 407 milyard dollar (0,6%)

İrlandiya – 1 234 milyard dollar (0,5%)

Belçika – 1 106 milyard dollar (0,5%)

İsrail – 1 063 milyard dollar (0,5%)

Malayziya – 1 060 milyard dollar (0,5%)

Sinqapur – 1 058 milyard dollar (0,5%)

Tayland – 1 037 milyard dollar (0,5%)

İsveç – 1 019 milyard dollar (0,4%)

Avstriya – 894 milyard dollar (0,4%)

Misir – 869 milyard dollar (0,4%)

Kolumbiya – 827 milyard dollar (0,4%)

Pakistan – 812 milyard dollar (0,4%)

Norveç – 806 milyard dollar (0,4%)

Rumıniya – 764 milyard dollar (0,3%)

Honkonq – 758 milyard dollar (0,3%)

Danimarka – 751 milyard dollar (0,3%)

İraq – 699 milyard dollar (0,3%)

Cənubi Afrika – 693 milyard dollar (0,3%)

Nigeriya – 688 milyard dollar (0,3%)

Qazaxıstan – 650 milyard dollar (0,3%)

Çexiya – 630 milyard dollar (0,3%)

Çili – 597 milyard dollar (0,3%)

İran – 594 milyard dollar (0,3%)

Portuqaliya – 588 milyard dollar (0,3%)

Peru – 572 milyard dollar (0,3%)

Əlcəzair – 526 milyard dollar (0,2%)

Finlandiya – 516 milyard dollar (0,2%)

Qatar – 500 milyard dollar (0,2%)

Yunanıstan – 484 milyard dollar (0,2%)

Yeni Zelandiya – 476 milyard dollar (0,2%)

Efiopiya – 461 milyard dollar (0,2%)

Ukrayna – 435 milyard dollar (0,2%)

Macarıstan – 413 milyard dollar (0,2%)

Mərakeş – 389 milyard dollar (0,2%)

Dominikan Respublikası – 347 milyard dollar (0,2%)

Keniya – 343 milyard dollar (0,2%)

Özbəkistan – 342 milyard dollar (0,2%)

Küveyt – 322 milyard dollar (0,1%)

Kot-d'İvuar – 318 milyard dollar (0,1%)

Slovakiya – 289 milyard dollar (0,1%)

Tanzaniya – 275 milyard dollar (0,1%)

Qvatemala – 271 milyard dollar (0,1%)

Oman – 260 milyard dollar (0,1%)

Ekvador – 246 milyard dollar (0,1%)

Kosta Rika – 226 milyard dollar (0,1%-dən az)

Bolqarıstan – 221 milyard dollar (0,1%-dən az)

Panama – 218 milyard dollar (0,1%-dən az)

Serbiya – 213 milyard dollar (0,1%-dən az)

Xorvatiya – 209 milyard dollar (0,1%-dən az)

Uqanda – 202 milyard dollar (0,1%-dən az)

Konqo Demokratik Respublikası – 202 milyard dollar (0,1%-dən az)

Şri-Lanka – 201 milyard dollar (0,1%-dən az)

Qana – 201 milyard dollar (0,1%-dən az)

Puerto Riko – 198 milyard dollar (0,1%-dən az)

Anqola – 197 milyard dollar (0,1%-dən az)

Litva – 193 milyard dollar (0,1%-dən az)

Lüksemburq – 179 milyard dollar (0,1%-dən az)

Sloveniya – 153 milyard dollar (0,1%-dən az)

Azərbaycan – 152 milyard dollar (0,1%-dən az)

Uruqvay – 152 milyard dollar (0,1%-dən az)

Kamerun – 141 milyard dollar (0,1%-dən az)

Kamboca – 131 milyard dollar (0,1%-dən az)

Türkmənistan – 127 milyard dollar (0,1%-dən az)

Nepal – 119 milyard dollar (0,1%-dən az)

İordaniya – 115 milyard dollar (0,1%-dən az)

Belarus – 113 milyard dollar (0,1%-dən az)

Bəhreyn – 106 milyard dollar (0,1%-dən az)

Makao – 105 milyard dollar (0,1%-dən az)

Paraqvay – 104 milyard dollar (0,1%-dən az)

Latviya – 103 milyard dollar (0,1%-dən az)

Gürcüstan – 102 milyard dollar (0,1%-dən az)

Liviya – 97 milyard dollar (0,1%-dən az)

Myanma – 108 milyard dollar (0,1%-dən az)

Estoniya – 92 milyard dollar (0,1%-dən az)

Seneqal – 89 milyard dollar (0,1%-dən az)

Honduras – 87 milyard dollar (0,1%-dən az)

Sudan – 85 milyard dollar (0,1%-dən az)

Tunis – 85 milyard dollar (0,1%-dən az)

Kipr – 83 milyard dollar (0,1%-dən az)

Qvineya – 80 milyard dollar (0,1%-dən az)

Zimbabve – 74 milyard dollar (0,1%-dən az)

El Salvador – 74 milyard dollar (0,1%-dən az)

Boliviya – 70 milyard dollar (0,1%-dən az)

Benin – 70 milyard dollar (0,1%-dən az)

Ermənistan – 69 milyard dollar (0,1%-dən az)

Zambiya – 68 milyard dollar (0,1%-dən az)

Papua Yeni Qvineya – 68 milyard dollar (0,1%-dən az)

Mali – 67 milyard dollar (0,1%-dən az)

Qayana – 67 milyard dollar (0,1%-dən az)

Monqolustan – 66 milyard dollar (0,1%-dən az)

Malta – 66 milyard dollar (0,1%-dən az)

Niger – 66 milyard dollar (0,1%-dən az)

İslandiya – 63 milyard dollar (0,1%-dən az)

Albaniya – 62 milyard dollar (0,1%-dən az)

Bosniya və Herseqovina – 62 milyard dollar (0,1%-dən az)

Mozambik – 60 milyard dollar (0,1%-dən az)

Burkina Faso – 60 milyard dollar (0,1%-dən az)

Ruanda – 55 milyard dollar (0,1%-dən az)

Qırğızıstan – 54 milyard dollar (0,1%-dən az)

Botsvana – 50 milyard dollar (0,1%-dən az)

Çad – 49 milyard dollar (0,1%-dən az)

Trinidad və Tobaqo – 48 milyard dollar (0,1%-dən az)

Madaqaskar – 47 milyard dollar (0,1%-dən az)

Qabon – 44 milyard dollar (0,1%-dən az)

Nikaraqua – 42 milyard dollar (0,1%-dən az)

Tacikistan – 39 milyard dollar (0,1%-dən az)

Moldova – 39 milyard dollar (0,1%-dən az)

Somali – 37 milyard dollar (0,1%-dən az)

Yamayka – 36 milyard dollar (0,1%-dən az)

Şimali Makedoniya – 36 milyard dollar (0,1%-dən az)

Bruney Darussalam – 34 milyard dollar (0,1%-dən az)

Mavriki – 34 milyard dollar (0,1%-dən az)

Konqo Respublikası – 33 milyard dollar (0,1%-dən az)

Haiti – 32 milyard dollar (0,1%-dən az)

Toqo – 31 milyard dollar (0,1%-dən az)

Namibiya – 29 milyard dollar (0,1%-dən az)

Kosovo – 28 milyard dollar (0,1%-dən az)

Laos – 28 milyard dollar (0,1%-dən az)

Baham adaları – 27 milyard dollar (0,1%-dən az)

Mavritaniya – 26 milyard dollar (0,1%-dən az)

Yəmən – 25 milyard dollar (0,1%-dən az)

Ekvatorial Qvineya – 22 milyard dollar (0,1%-dən az)

Malavi – 21 milyard dollar (0,1%-dən az)

Sierra Leone – 18 milyard dollar (0,1%-dən az)

Monteneqro – 18 milyard dollar (0,1%-dən az)

Maldiv adaları – 17 milyard dollar (0,1%-dən az)

Surinam – 15,7 milyard dollar (0,1%-dən az)

Liberiya – 14,1 milyard dollar (0,1%-dən az)

Cibuti – 13,6 milyard dollar (0,1%-dən az)

Barbados – 13 milyard dollar (0,1%-dən az)

Fici – 12,9 milyard dollar (0,1%-dən az)

Burundi – 10,7 milyard dollar (0,1%-dən az)

Esvatini – 10,6 milyard dollar (0,1%-dən az)

Butan – 10,6 milyard dollar (0,1%-dən az)

Cənubi Sudan – 7,8 milyard dollar (0,1%-dən az)

Kabo-Verde – 7,7 milyard dollar (0,1%-dən az)

Aruba – 7,2 milyard dollar (0,1%-dən az)

Andorra – 7,1 milyard dollar (0,1%-dən az)

Mərkəzi Afrika Respublikası – 6,9 milyard dollar (0,1%-dən az)

Qambiya – 6,6 milyard dollar (0,1%-dən az)

Beliz – 5,7 milyard dollar (0,1%-dən az)

Qvineya-Bisau – 5,7 milyard dollar (0,1%-dən az)

Seyşel adaları – 5,1 milyard dollar (0,1%-dən az)

Şərqi Timor – 4,9 milyard dollar (0,1%-dən az)

Müqəddəs Lusiya – 4,5 milyard dollar (0,1%-dən az)

Antiqua və Barbuda – 4,1 milyard dollar (0,1%-dən az)

Lesoto – 3,8 milyard dollar (0,1%-dən az)

Solomon adaları – 3,7 milyard dollar (0,1%-dən az)

Komor adaları – 3,5 milyard dollar (0,1%-dən az)

San-Marino – 3,4 milyard dollar (0,1%-dən az)

Qrenada – 3 milyard dollar (0,1%-dən az)

Müqəddəs Vinsent və Qrenadinlər – 2,4 milyard dollar (0,1%-dən az)

Samoa – 2,3 milyard dollar (0,1%-dən az)

Vanuatu – 2,2 milyard dollar (0,1%-dən az)

Sent-Kits və Nevis – 2,2 milyard dollar (0,1%-dən az)

San-Tome və Prinsipi – 1,7 milyard dollar (0,1%-dən az)

Dominika – 1,4 milyard dollar (0,1%-dən az)

Tonqa – 0,9 milyard dollar (0,1%-dən az)

Mikroneziya – 0,8 milyard dollar (0,1%-dən az)

Palau – 0,7 milyard dollar (0,1%-dən az)

Kiribati – 0,6 milyard dollar (0,1%-dən az)

Marşal adaları – 0,6 milyard dollar (0,1%-dən az)

Nauru – 0,3 milyard dollar (0,1%-dən az)

Tuvalu – 0,1 milyard dollar (0,1%-dən az)