Xəbər lenti

Avropanın ən varlı ölkələrindən biri olan Lüksemburq işçi tapa bilmir
Dünya19:35 05.11.2026

Avropanın ən varlı ölkələrindən biri olan Lüksemburq işçi tapa bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa İttifaqının ən varlı dövlətlərindən sayılan Lüksemburqda ixtisaslı işçi çatışmazlığı getdikcə artır. Ölkədə aylıq xalis əməkhaqqı 4 600 avroya qədər yüksəlsə də, işəgötürənlər bir sıra vacib sahələr üzrə uyğun mütəxəssis tapmaqda çətinlik çəkirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın RMF24 nəşri məlumat yayıb.

Məlumata görə, Lüksemburqda ən çox maliyyə analitiklərinə, mühasiblərə, auditorlara, bank məsləhətçilərinə və investisiya fondlarının idarə olunması üzrə mütəxəssislərə ehtiyac var. Maliyyə sektoru ilə yanaşı, informasiya texnologiyaları sahəsində də kadr çatışmazlığı müşahidə olunur.

Belə ki, yerli şirkətlər proqramçılar, proqram mühəndisləri, sistem administratorları, kibertəhlükəsizlik mütəxəssisləri və məlumat analitikləri axtarırlar.

İşçi çatışmazlığı hüquq, səhiyyə, sosial xidmət, tikinti və sənaye sahələrinə də təsir edib. Xüsusilə tibb bacıları, tibbi texniklər, yaşlılara qulluq edən şəxslər və sosial işçilərə tələbat yüksəkdir.

Bundan başqa, robototexnika, biotexnologiya, aviasiya və bərpaolunan enerji sahələri üzrə mühəndislər də əmək bazarında ən çox tələb olunan mütəxəssislər sırasındadır.

Qeyd edək ki, Lüksemburqda yüksək əməkhaqqına baxmayaraq, ixtisaslı kadrların tapılması işəgötürənlər üçün ciddi problem olaraq qalır. Bu vəziyyət ölkədə həm maliyyə, həm də texnologiya və xidmət sektorlarında mütəxəssislərə ehtiyacın artdığını göstərir.

Aydın