Xəbər lenti

Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu
Ölkə20:18 05.11.2026

Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləği müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, rəhbərin aylıq vəzifə maaşı 3600 manat, rəhbərin müavininin aylıq vəzifə maaşı 3115 manat məbləğində müəyyənləşib.