Xəbər lenti

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Ölkə09:12 12.11.2026

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən oxu.az-a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:

"Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicə həkimi, nefroloq və endokrinoloq tərəfindən mütəmadi olaraq qiymətləndirilir. Pasiyent həkim nəzarətində saxlanılır".

Qeyd edək ki, Səmayə Həşimovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova verib.