
2027-ci ildə Azərbaycanda sosial xərclərin 1,6 milyard manat və ya 9,2% artırılması nəzərdə tutulur.
Qaynarinfo xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, sənəddə büdcə siyasətinin əsas istiqamətləri, makroiqtisadi göstəricilər, eləcə də dövlət xəzinəsinin gəlirlərinin formalaşdırılması və xərclərin bölüşdürülməsinin əsas maddələri müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsi birinci oxunuşda müzakirəyə tövsiyə olunub.