Xəbər lenti

"Neftçi" Yunanıstan klubuna qalib gəldi
İdman22:40 11.11.2026

"Neftçi" Yunanıstan klubuna qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçını keçirib

Qaynarinfo xəbər verir ki, H qrupunda "Mikonos"la (Yunanıstan) qarşılaşan "ağ-qaralar" 84:80 hesablı qələbə qazanıb.

Görüş Milli Gimnastika Arenasında keçirilib.

Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunun hər birində uduzan "Neftçi" hazırda qrupda sonuncu - 6-cı pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi "Riqa"ya qarşı keçirəcək.