Xəbər lenti

Ər-arvad yuxularına inanaraq lotereya aldı, 1,2 milyon avro qazandı
Dünya23:36 11.11.2026

Ər-arvad yuxularına inanaraq lotereya aldı, 1,2 milyon avro qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənubi Koreyada yaşayan ər-arvad qeyri-adi hadisə nəticəsində milyonçuya çevrilib. Onlardan birinin yuxuda lotereyada böyük məbləğ udduğunu görməsi cütlüyə 1,2 milyon avro qazandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "La Dépêche" nəşri məlumat yayıb.

Məlumata görə, əvvəlcə həyat yoldaşlarından biri ənənəvi Lotto lotereyasında, daha sonra isə ani uduş imkanı verən Speetto oyununda qalib gəldiyini yuxuda görüb. Ailə adətən yalnız Lotto biletləri alsa da, bu dəfə yuxuda gördüyü digər lotereyanı da sınamaq qərarına gəlib.

Maraqlısı odur ki, həmin gün ailədə əcdadların xatirəsinə həsr olunmuş ənənəvi mərasim keçirilib. Həyat yoldaşlarından biri mərasim zamanı əcdadlarından yaxınlarını qorumağı və ailəyə uğur gətirməyi dilədiyini bildirib.

Ertəsi axşam cütlük aldıqları biletləri yoxlayarkən gözlənilməz nəticə ilə qarşılaşıb. Onlar 2 milyard Cənubi Koreya vonu, yəni təxminən 1,2 milyon avro udublar.

Qaliblər baş verənlərə hələ də inanmaqda çətinlik çəkdiklərini söyləyiblər. Cütlük qazandıqları pulun ilk növbədə kredit borclarının ödənilməsinə yönəldiləcəyini, qalan vəsaitlə bağlı qərarı isə daha sonra verəcəklərini açıqlayıb.

Aydın