Xəbər lenti

Emin Əmrullayevdən yeni təyinat
Ölkə10:54 12.11.2026

Emin Əmrullayevdən yeni təyinat

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Genetik Ehtiyatlar İnstitutunda rəhbər dəyişikliyi olub.

Qaynarinfo xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Kərimova institutun icraçı direktoru vəzifəsinə təyin edilib. Digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək də həvalə edilib.

Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı institutun kollektivinə təqdim edib.

Təqdimat zamanı müəssisənin elmi fəaliyyətinin təkmilləşdirilməsi, tədqiqatların effektivliyinin artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi nəticələrin praktikada tətbiqi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Nigar Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Böyük Britaniyanın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb.

O, 2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb.

Kərimova 2016–2024-cü illərdə Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olub, eyni zamanda Bakı Dövlət Universitetində dərs deyib. O, 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində tədqiqatlarını davam etdirib, 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.