Xəbər lenti

Azərbaycanda ən yaşlı pensiyaçı qadındır və 122 yaşı var
Ölkə10:41 12.11.2026

Azərbaycanda ən yaşlı pensiyaçı qadındır və 122 yaşı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, ölkədə yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı 264 nəfərdir:

"Onların 35-i kişi, 229-u qadındır. Ən yaşlı şəxsin 122 yaşı var və qadın pensiyaçıdır".