Xəbər lenti

Sərxan Kərəmoğlunun Rusiyaya giriş qadağası hələ də qüvvədədir
Maqazin17:14 06.11.2026

Sərxan Kərəmoğlunun Rusiyaya giriş qadağası hələ də qüvvədədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə ay əvvəl aparıcı Sərxan Kərəmoğlunun Rusiyaya girişinə qoyulan qadağa hələ də aradan qaldırılmayıb.

Bu barədə aparıcının özü Qaynarinfo-ya məlumat verib.

Sərxan Kərəmoğlu bildirib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib və hazırda proses davam edir:

“Məhkəməyə müraciət etmişəm. Hazırda iş məhkəmədədir. Düşünürəm ki, məhkəmə prosesi ilin sonuna qədər davam edəcək. Bu ilin sonuna kimi Bakıdayam”.

Qeyd edək ki, Sərxan Kərəmoğlunun Rusiyaya girişinə qadağa qoyulub. Buna səbəb kimi onun sənədlərindəki uyğunsuzluqlar göstərilib.

Bahar Rüstəmli