Xəbər lenti

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Dünya14:55 06.11.2026

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, noyabrın 6-da Venera işıqlanma səviyyəsi təxminən 8 faiz olan nazik Aypara ilə yanaşı görünəcək. Hadisəni müşahidə etmək üçün şərq və cənub-şərq istiqamətində açıq üfüqə malik məkan seçmək tövsiyə olunur.

Ən maraqlı mənzərə isə noyabrın 7-də gözlənilir. Həmin gün cəmi 3 faiz işıqlanan Ay Veneradan bir dərəcədən də az məsafədə olacaq. Mütəxəssislər bu mənzərəni Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl izləməyi məsləhət görürlər.

Noyabrın ilk günlərində astronomiya həvəskarları başqa maraqlı səma mənzərələrini də müşahidə edə biləcəklər. Hava qaraldıqdan sonra şərq istiqamətində Buğa bürcü, onun parlaq narıncı-qırmızı Aldebaran ulduzu və Pleyada ulduz topası görünəcək. Daha sonra üç parlaq ulduzun yaratdığı kəməri ilə seçilən Orion bürcü yüksələcək.

Orionun yaxınlığında yerləşən Əkizlər bürcünün əsas ulduzları Kastor və Polluks da müşahidə edilə bilər. Dekabr ayında Geminid meteor yağışının radianti də məhz bu səma sahəsində olacaq.

Növbəti həftələrdə də bir sıra astronomik hadisələr gözlənilir. Leonid meteor yağışının maksimum aktivliyi noyabrın 17-18-də baş tutacaq. Noyabrın 21-də Merkuri qərb elongasiyasının ən yüksək nöqtəsinə çatacaq, ayın 24-də isə super Ay müşahidə olunacaq.

Aydın