Xəbər lenti

Zakir Qaralovun əmisi qızı təqaüdə göndərildi
Ölkə16:03 06.11.2026

Zakir Qaralovun əmisi qızı təqaüdə göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Qaynarinfo-nun məlumatına görə, mərkəzin direktoru Mehriban Qaralova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə yola salınıb. Onun yerinə Səbinə Məmmədova gətirilib.

Qeyd edək ki, Mehriban Qaralova 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilərək sözügedən vəzifəyə gətirilmişdi. O, sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

Aydın