Xəbər lenti

2000-ci illərin dəbi yenidən qayıdır: Bu qış bəbir naxışlı paltolar dəbdə olacaq (FOTO)
Foto12:24 12.11.2026

2000-ci illərin dəbi yenidən qayıdır: Bu qış bəbir naxışlı paltolar dəbdə olacaq (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2000-ci illərdə populyarlıq qazanan bəbir naxışlı paltolar yenidən moda dünyasının diqqət mərkəzinə düşüb. “Vogue” jurnalının redaktorları bu geyimlərin 2026-2027-ci ilin payız-qış mövsümünün əsas trendlərindən birinə çevriləcəyini bildiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Vogue”un Almaniya nəşrinin rəsmi saytında məlumat dərc olunub.

Moda mütəxəssislərinin fikrincə, heyvan dərisini xatırladan naxışlarla bəzədilmiş paltolar qarşıdan gələn qış mövsümündə geniş yayılacaq. “Celine” və “Givenchy” də daxil olmaqla bir sıra məşhur moda evləri öz kolleksiyalarında bu üsluba yer veriblər.

Redaktorlar xüsusilə britaniyalı model Keyt Mossun 2000-ci illərdəki geyim tərzinə diqqət çəkiblər. O, həmin dövrdə bəbir naxışlı paltolardan tez-tez istifadə etməklə bu üslubun populyarlaşmasına töhfə verib.

Qeyd edək ki, moda dünyasında əvvəlki illərin trendlərinin yenidən gündəmə gəlməsi davam edir. Daha əvvəl “Vogue”un İtaliya nəşrinin redaktorları müxtəlif rəng və modellərdə olan mikrotopları yay mövsümünün dəbli geyimləri sırasında göstərmişdilər.

Aydın