Xəbər lenti

AFFA hakimi təhqir edən baş məşqçi və futbolçunu cəzalandırdı
İdman13:34 12.11.2026

AFFA hakimi təhqir edən baş məşqçi və futbolçunu cəzalandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo qurumun saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Şəmkir”– “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Şəmkir”in 22 nömrəli futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılayacaq. “Şəmkir” isə 1000 manat cərimə edilib.

Həmin matçda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

“Hypers”– “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 200 manat cərimə edilib.

Bu görüş bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 500 manat cərimələnib.

Eyni görüşdə “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.

“Difai”– “Zəngəzur” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Həmin matçın 84-cü dəqiqəsində “Difai”nin məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmayacaq. “Difai” isə 1000 manat cərimə edilib.