Xəbər lenti

Jurnalistdən Leyla Əliyevaya duyğulandıran hədiyyə (FOTO)
Ölkə17:05 12.11.2026

Jurnalistdən Leyla Əliyevaya duyğulandıran hədiyyə (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xpress.az saytının təsisçisi, jurnalist Xəyalə Rəis COP31 tədbiri çərçivəsində Leyla Əliyevaya Azərbaycan milli geyim mədəniyyətinin nümunələrindən olan araxçın hədiyyə edib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə Xəyalə Rəis sosial şəbəkə hesabında paylaşım edib. O, hədiyyənin Bakı Milli Geyim Evinə məxsus olduğunu bildirib.

Jurnalistin paylaşımında diqqət çəkən məqam isə hədiyyəni təqdim edərkən yazdığı sözlər olub. Belə ki, Xəyalə Rəis “Ümid edirəm, Könülümün ruhu şaddır” ifadəsi ilə mərhum Könül Vəlibəylini də yad edib.

Xatırladaq ki, Bakı Milli Geyim Evinin qurucusu və rəhbəri Könül Vəlibəyli uzun illər Azərbaycan milli geyimlərinin araşdırılması, hazırlanması və təbliği istiqamətində fəaliyyət göstərib. 2008-ci ildə yaratdığı bu məkan vasitəsilə ölkəmizin müxtəlif bölgələrinə məxsus geyim nümunələrini yenidən gündəmə gətirib, milli geyimlərin beynəlxalq sərgi və dəfilələrdə tanıdılmasına töhfə verib.

Onun həyatına isə ötən il baş verən faciəvi hadisə son qoyub. 2025-ci il noyabrın 21-də Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı Könül Vəlibəyli tüstüdən zəhərlənərək həyatını itirib.

Faciə onun ailəsində də ağır izlər buraxıb. Yanğın zamanı qızı Ləman da ağır zəhərlənib, 10 gün komada qalıb. Uzun müddətdir müalicə alan Ləman 2026-cı ilin oktyabrında səhhəti ilə bağlı ictimaiyyətə müraciət edərək növbəti əməliyyatlar üçün kömək istəyib.

Beləliklə, Xəyalə Rəisin Leyla Əliyevaya təqdim etdiyi araxçın sadəcə milli geyim nümunəsi deyil, həm də Azərbaycan mədəniyyətinin yaşadılması üçün ömrünü sərf etmiş bir insanın xatirəsinə ehtiram kimi diqqət çəkib.

Qeyd edək ki, araxçın Azərbaycan milli geyim mədəniyyətinin ənənəvi baş geyimlərindən biridir. Tarixən müxtəlif bölgələrdə qadın və kişilərin geyim dəstinin mühüm elementi olub.

Aydın