Xəbər lenti

Tələbələri montaj fotolarla şantaj edən şəxs saxlanılıb (VİDEO)
Ölkə20:00 13.11.2026

Tələbələri montaj fotolarla şantaj edən şəxs saxlanılıb (VİDEO)

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Bu barədə Qaynarinfo-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb olunması ilə bağlı müraciətlər daxil olub.

Məlumatda bildirilib ki, Baş İdarə tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs “TikTok” və “Instagram” sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.

Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

DİN bir daha hər kəsə sosial şəbəkələrdə şəxsi foto və video görüntülərini paylaşarkən diqqətli olmağı, hesablarının məxfilik parametrlərini düzgün tənzimləməyi və fərdi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edib.