
Avropa Siyasi Birliyinin Dublində keçirilən sammiti çərçivəsində imzalanmış Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə iki ölkənin münasibətlərində yeni mühüm fəsil açır.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stüart Vud "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Avropa Siyasi Birliyinin Dublindəki sammitində razılaşdırılmış Böyük Britaniya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq ölkələrimizin münasibətlərində yeni mühüm fəslin başlanğıcını qoyur. O, regional sabitliyin və rifahın möhkəmlənməsinə kömək edir, eləcə də texnologiya, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün daha geniş imkanlar açır", - o yazıb.
Xatırladaq ki, noyabrın 12-də Azərbaycan və Böyük Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin 9-cu Sammiti çərçivəsində imzalayıblar.