
Aktyor-aparıcı Sərxan Kərəmoğlu Xalq artisti Gülyaz Məmmədovanın repertuarında yer alan “Peşman olarsan” mahnısının yaranma tarixçəsini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, aparıcının sözlərinə görə, mahnı Gülyaz Məmmədovaya aşiq olan bir musiqiçi tərəfindən bəstələnib.
Sərxan Kərəmoğlu həmin hadisəni belə xatırlayıb:
“Gülyaz xanım konservatoriyada, yox, akademiyada oxuyanda bir musiqiçi ona aşiq olub. Dəfələrlə ona yaxınlaşmağa çalışıb, amma Gülyaz xanım razılıq verməyib. Musiqiçi də ona olan sevgisindən bir mahnı bəstələyib və adını “Peşman olarsan” qoyub. Musiqiçinin adını unutmuşam. Gülyaz xanım özü də illər sonra bu mahnını bir-iki dəfə ifa edib. Günlərin birində mən həmin mahnıya müraciət etdim. Onu yazdırmaq üçün studiyaya gedəndə bəstəkarla qarşılaşdıq. Dedim ki, sənin mahnını oxumağa gəlmişəm. O da mənə mahnının yaranma tarixçəsini danışdı”.
Bahar Rüstəmli