Xəbər lenti

Bakının bu qəsəbəsində uşaqlar və yaşlılar təhlükədədir
Ölkə22:34 13.11.2026

Bakının bu qəsəbəsində uşaqlar və yaşlılar təhlükədədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinlərin gündəlik hərəkətini çətinləşdirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı sakini Fatma Novruzova BAKU.WS-in "qaynar xətti"nə müraciət edərək şikayətini bildirib.

Onun sözlərinə görə, qəsəbədə yolların vəziyyəti olduqca acınacaqlıdır. Sakinlər küçələrdə hərəkət etməkdə, xüsusilə də yolu keçməkdə ciddi çətinliklərlə üzləşirlər.

Şikayətçi qeyd edib ki, mövcud vəziyyət hər kəs üçün narahatlıq yaratsa da, uşaqlar və yaşlı insanlar üçün daha böyük təhlükə mənbəyidir. Yolun yararsız vəziyyətdə olması onların təhlükəsiz hərəkətinə mane olur.

Fatma Novruzova aidiyyəti qurumlardan problemin həllinə diqqət ayrılmasını, Zabrat qəsəbəsində yolların təmir olunmasını və sakinlərin rahat, təhlükəsiz gediş-gəlişinin təmin edilməsini xahiş edib.