Xəbər lenti

Dövlətə məxsus şirkətlərlə bağlı qərara dəyişiklik edildi
Ölkə22:15 13.11.2026

Dövlətə məxsus şirkətlərlə bağlı qərara dəyişiklik edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 4 iyun 2019-cu il tarixli qərarında dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, bu qərar Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan qurumlara və ya tabeliyində olan hüquqi şəxslərə, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan hüquqi şəxslərə, habelə onlar tərəfindən hüquqi şəxslərin yaradılması və yenidən təşkili, hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi yolu ilə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə şamil edilmir.

Qərarla bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.