Xəbər lenti

Natiq Fərzəliyev xəstəxanadan evə buraxıldı: "Həkim evdən çıxmağa icazə vermir"
Ölkə12:27 14.11.2026

Natiq Fərzəliyev xəstəxanadan evə buraxıldı: "Həkim evdən çıxmağa icazə vermir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün əvvəl əməliyyat olunan aktyor Natiq Fərzəliyev xəstəxanadan evə buraxılıb.

Bu barədə aktyor özü Qaynarinfo-ya məlumat verib. O, səhhətinin tədricən yaxşılaşdığını bildirib:

"Özüm oturub-dururam, yavaş-yavaş gəzirəm. Əsas odur ki, evdəyəm. Həkim bu ayın sonunadək evdən çıxmağıma icazə verməyib. Hazırda həkim nəzarətindəyəm. Güman edirəm ki, ayın sonuna qədər sərbəst gəzə biləcəyəm".

Natiq Fərzəliyev evdə müalicəsini davam etdirsə də, teatrda işlərin qaydasında olduğunu bildirib. Aktyorun sözlərinə görə, səhnədə onu digər həmkarları əvəz edir:

"Tamaşalarda məni başqa aktyor əvəzləyir. Rollarımı oynayırlar. Həkimlər səhhətimin yaxşı olduğunu təsdiqləsələr, ayın sonunda səhnəyə qayıdacağam".

Qeyd edək ki, kiçikboylu aktyorlardan ibarət “Bakı Karlik” Teatrının direktoru Natiq Fərzəliyevin səhhətində yaranan problemlə əlaqədar ayaqlarından əməliyyat olunub.

Bahar Rüstəmli