
15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək.
GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-dən çox universitet, ali təhsil müəssisəsi, beynəlxalq təşkilat və təhsil sektorunun nümayəndələri iştirak edəcək.
Sərginin əsas məqsədi Azərbaycan gənclərinə beynəlxalq təhsil imkanlarını təqdim etmək, xarici universitetlərlə yerli tələbələr arasında birbaşa əlaqələr yaratmaq və ölkələrarası təhsil əməkdaşlığını inkişaf etdirməkdir.
Tədbir çərçivəsində iştirakçılar Türkiyə, ABŞ, Almaniya, Polşa, Litva, Macarıstan, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Malayziya, Misir və digər ölkələrin universitet və təhsil qurumlarının nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər.
Sərgi ziyarətçiləri bakalavr, magistratura və doktorantura proqramları, beynəlxalq qəbul şərtləri, təhsil haqları, təqaüd imkanları, tələb olunan sənədlər və müxtəlif ölkələrdə təhsil imkanları haqqında ətraflı məlumat əldə edə biləcəklər.
Tədbirin təşkilatçısı GLC Global Learning Centre-in direktoru Pərviz İsmayıllı bildirib:
“Bizim məqsədimiz sadəcə universitetləri bir məkanda toplamaq deyil. Əsas məqsədimiz Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetləri ilə birbaşa əlaqə qurmasına şərait yaratmaq, onların beynəlxalq təhsil imkanlarına çıxışını asanlaşdırmaqdır.
Uzun illərdir beynəlxalq təhsil sərgiləri təşkil edirik. Bu gün 16 ölkədən 50-dən çox universitet və təhsil qurumunun Azərbaycanda bir araya gəlməsi gördüyümüz işin və qurduğumuz beynəlxalq əlaqələrin nəticəsidir.
İnanırıq ki, bu cür platformalar həm gənclərimiz, həm də Azərbaycan təhsil sektorunun beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
GLC International Education Fair yalnız xaricdə təhsil almaq istəyən gənclər üçün deyil, həm də təhsil şirkətləri, məktəblər, təhsil nümayəndələri və beynəlxalq əməkdaşlıqda maraqlı olan qurumlar üçün əhəmiyyətli görüş platformasıdır.
Tədbir haqqında:
Tarix: 15 noyabr 2026-cı il
Məkan: Hilton Baku
İştirak: 16 ölkədən 50-dən çox universitet və təhsil qurumu
Təşkilatçı: GLC Global Learning Centre
Rəsmi sayt: glc.edu.az www.glcfair.com
GLC International Education Fair – Təhsilli gələcəyə doğru!