
Aktyor Elvin Atakişiyev və həyat yoldaşı Elvina Atakişiyevaya piar məqsədilə ailə qalmaqalından istifadə etməyi təklif edən şəxslər onlardan üzr istəyib.
Qaynarinfo xəbər verir ki, bu barədə aktyor Elvin Atakişiyev məlumat verib.
O, piar fəaliyyəti ilə məşğul olan şəxslərə səslənərək ailələrindən uzaq durmalarını istəyib:
"Bizim ailə heç vaxt qalmaqalla gündəmə gəlməyib. Bizə bununla bağlı çoxsaylı təkliflər gəlib, amma heç birini qəbul etməmişik. Buna ehtiyacımız da yoxdur. Hər şeyimiz bəllidir. Biz olduğumuz kimiyik".
Aktyorun sözlərinə görə, o və həyat yoldaşı reklam naminə ailə münasibətlərini müzakirə mövzusuna çevirməzlər.
"Bu, bizi səhv tanıyanlara dərs olsun. Elvin Elvinadan qorxun”, deyə aktyor bildirib.
Qeyd edək ki, aktyor-müğənni Elvin və Elvina Atakişiyevalara ailə xəyanəti mövzusunda piar təklifi edilib. Ailə dəyərlərini hər şeydən üstün tutan cütlük bu təklifə etiraz edib və təklifi irəli sürən şəxslərdən üzr istəmələrini tələb edib.
Bahar Rüstəmli