
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.