
İşsizlikdən Sığorta Fondunun 2025-ci il üzrə daxilolma və xaricolmalarının icrasına dair hesabatlarında uyğunsuzluqlar müəyyənləşdirilib.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə verdiyi rəydə əksini tapıb.
Qeyd olunub ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin və xərclərinin auditi zamanı əvvəlki yoxlamada müəyyənləşdirilmiş nöqsanın təkrarlandığı aşkar edilib.
Belə ki, 2025-ci ilin daxilolma və xaricolmalarının icrasına dair hesabatlarda həmin il investisiya fəaliyyətinə yönəldilən vəsait nəzərə alınmayıb.
Nəticədə faktiki əldə edilmiş vəsaitlərin məbləği 508,6 min manat, icra olunmuş vəsaitin məbləği isə 30 milyon manat məbləğində təhrif olunub.