
Gələn il Azərbaycanda neft-qaz sektoruna yönəldiləcək investisiyaların həcminin 7 milyard 933 milyon manat olacağı proqnozlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bu proqnoz Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin zərfində əksini tapıb.
Sənədə əsasən, sektora investisiyaların həcminin 2028-ci ildə 8 milyard 331,2 milyon manata çatacağı, 2029-cu ildə 8 milyard 213,3 milyon manat, 2030-cu ildə isə 7 milyard 503,2 milyon manat təşkil edəcəyi gözlənilir.
Beləliklə, 2028-ci ildə neft-qaz sektoruna investisiyaların həcminin proqnoz dövrünün ən yüksək səviyyəsinə çatacağı, sonrakı illərdə isə azalacağı gözlənilir.