Xəbər lenti

Yəhudi ailəsinin varisləri Van Qoqun 180 milyon dollarlıq əsərinin satışına etiraz etdi
Sənət13:18 15.11.2026

Yəhudi ailəsinin varisləri Van Qoqun 180 milyon dollarlıq əsərinin satışına etiraz etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yəhudi ailəsinin varisləri niderlandlı rəssam Vinsent van Qoqun “Çiçəkləyən şabalıd ağacları” əsərinin hərraca çıxarılmasının dayandırılmasını tələb ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Fişer ailəsinin varisləri “Sotheby's” hərrac evinə müraciət edərək əsərin noyabrın 18-də keçiriləcək satışdan çıxarılmasını istəyiblər. Onların iddiasına görə, rəsm 1936-cı ildə Niderlandda nasist rejiminin təzyiqləri nəticəsində məcburən satılıb.

Ailənin vəkili bildirib ki, 1930-cu illərdə baş tutan sövdələşmənin könüllü və bazar şərtlərinə uyğun həyata keçirildiyi sübuta yetirilməyənədək hərrac keçirilməməlidir. Varislər əsərin satışını həmin dövrdə yəhudilərə qarşı aparılan təqiblər və ölkədən köçərkən tətbiq edilən xüsusi vergiləri ödəmək zərurəti ilə əlaqələndirirlər.

“Sotheby's” nümayəndələri isə indiyədək satışın məcburi xarakter daşıdığını təsdiqləyən sübut əldə etmədiklərini bildiriblər. Bununla belə, hərrac evi ailə ilə danışıqlara hazır olduğunu qeyd edib.

Dəyəri təxminən 180 milyon dollar qiymətləndirilən əsər noyabrın 18-də Nyu-Yorkda satışa çıxarılmalıdır. Van Qoqun bu tablosu noyabr hərracının ən diqqətçəkən lotlarından biri hesab olunur. Həmin satışda Pablo Pikassonun əsərlərinin də təqdim edilməsi gözlənilir.

Aydın