Xəbər lenti

Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlıq yolu teatr səhnəsində
Sənət12:14 04.11.2026

Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlıq yolu teatr səhnəsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdam Dövlət Dram Teatrı 8 Noyabr - Zəfər Günü münasibətilə xüsusi səhnə əsəri hazırlayıb.

Qaynarinfo xəbər verir ki, teatr Şahnaz Şahinin müəllifi olduğu “Mübariz” tamaşasını təqdim edəcək.

Tamaşa Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli həyat və döyüş yolundan bəhs edir. Səhnə əsəri, eyni zamanda, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.

Tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Müşviq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifov, işıq rəssamı isə Anar Şükürovdur.

Səhnə əsərində rolları Fərhad Fərhadzadə, Elmir Hümbətov, Nuranə Əliyeva, Qalib Abdullazadə, Teymur Kərimov, Rüsdəm Məmmədov və digər aktyorlar ifa edəcəklər.

Bahar Rüstəmli