Xəbər lenti

Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var (VİDEO)
Ölkə23:47 03.11.2026

Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo “Qafqazinfo”a istinadən hadisə yerində olan əməkdaşı xəbər verir ki, Ziya Bünyadov prospektində içi daşla dolu iki “KamAz” toqquşub.

Arxadan gələn “KamAz”ın əyləci ləng işlədiyi üçün öndəki maşına çırpılıb.

Qəza nəticəsində biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.