Xəbər lenti

Yataqxanada meyiti tapılan Elvira ilə bağlı universitetdən açıqlama
Ölkə15:40 15.11.2026

Yataqxanada meyiti tapılan Elvira ilə bağlı universitetdən açıqlama

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, açıqlamada deyilir:

“Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirir və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verir. Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın".