Xəbər lenti

KİV: Rusiya Britaniyadan Avropaya verdiyi nüvə müdafiəsindən imtina etməsini tələb edir
Dünya15:20 15.11.2026

KİV: Rusiya Britaniyadan Avropaya verdiyi nüvə müdafiəsindən imtina etməsini tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Ukraynada müharibənin başa çatdırılması ilə bağlı irəli sürdüyü tələblər sırasında Böyük Britaniyanın Avropa müttəfiqlərinə nüvə müdafiəsi təmin etməsindən imtina etməsini də daxil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, tələb Rusiyanın danışıqlar aparan nümayəndələri tərəfindən hazırlanmış və Ukraynada uzun müddətdir davam edən müharibənin dayandırılmasına dair şərtləri əhatə edən siyahıda yer alıb.

Məlumata əsasən, Moskvanın digər tələbləri arasında NATO qüvvələrinin Şərqi Avropa və Baltikyanı ölkələrdən çıxarılması, Finlandiyanın alyans üzvlüyündən imtina etməsi, eləcə də Qərb dövlətlərinin atəşkəs əldə olunana qədər Ukraynaya hərbi qüvvə göndərməməsi var.

Rusiya həmçinin Ukraynaya bütün növ Qərb silahlarının, hərbi texnikanın və digər hərbi təyinatlı məhsulların tədarükünün dayandırılmasını, ölkənin NATO-ya qəbul edilməməsini tələb edir. Bunun müqabilində Moskvanın Ukraynanın Avropa İttifaqına üzvlüyünə razılıq verə biləcəyi bildirilir.

“The Telegraph” Britaniyanın müttəfiqlərinə nüvə müdafiəsi təminatından imtina tələbinə böyük ehtimalla razı olmayacağını qeyd edib.

Xatırladaq ki, daha əvvəl “The New York Times” qəzeti də Rusiyanın Ukrayna münaqişəsindən sonra Avropada yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı tələblər irəli sürdüyünü yazıb. Həmin təkliflərin 2021-ci ilin sonunda Moskvanın NATO-ya təqdim etdiyi və alyansın 1997-ci il sərhədlərinə qayıtmasını nəzərdə tutan şərtlərlə oxşarlıq təşkil etdiyi bildirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da noyabrın 15-də bəyan edib ki, Ukrayna böhranının nizamlanması Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə əlaqəli olacaq.

Aydın