Xəbər lenti

Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı (FOTO)
İdman15:05 15.11.2026

Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Təsnifat mərhələsində 54.850 xal toplayaraq altıncı pillədən finala yüksələn idmançı həlledici mərhələdə 55.450 xal toplayıb və üçüncü yeri tutub.

Bununla da Ammar Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatının fərdi proqramında medal qazanan ilk idmançı olub.