
Ordubad rayonunda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər xəsarət alıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Dırnıs kəndində baş verib.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.