Xəbər lenti

Tarixi göstərici: Haaland Messi və Ronaldonun əldə edə bilmədiyi nailiyyətə imza atdı
İdman15:59 15.11.2026

Tarixi göstərici: Haaland Messi və Ronaldonun əldə edə bilmədiyi nailiyyətə imza atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haland futbol tarixində nadir statistik göstəriciyə nail olub. 25 yaşlı forvard Lionel Messi və Kriştiano Ronaldonun belə əldə edə bilmədiyi ikiqat uğura imza atıb.

Qaynarinfo xəbər verir ki, Haland UEFA Millətlər Liqasının A Liqasının IV qrupu çərçivəsində Uelsə qarşı keçirilən oyunda fərqlənib. Oslodakı “Ullevaal” stadionunda baş tutan qarşılaşma Norveç millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Haland 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının üçüncü qolunu vurub. O, bundan əvvəl Andreas Şelderupun qolunda da məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, hücumçu bir oyunda həm qol, həm də assist müəllifi olub.

Norveç millisinin heyətində 60-cı oyununu keçirən Halandın qollarının sayı 66-ya çatıb. “Stats Foot” hesabının paylaşdığı statistikaya əsasən, o, 1974-cü ildə Almaniya millisinin heyətində eyni göstəriciyə nail olan əfsanəvi Gerd Müllerdən sonra ilk 60 beynəlxalq matçında 66 qol vuran ilk avropalı futbolçu olub.

Halandın digər diqqətçəkən göstəricisi isə həm milli komanda, həm də UEFA Çempionlar Liqası ilə bağlıdır. Statistikaya görə, bu turnirlərin hər birində azı 20 qol vuran futbolçular arasında hər iki yarışda oyun başına orta hesabla birdən çox qol vuran yeganə oyunçu məhz norveçlidir.

Uels üzərində qələbədən sonra Norveçin xalları 6-ya yüksəlib. Komanda qrupda ikinci yeri tutmaq şansını qoruyub. Norveç millisi son turda səfərdə Danimarka ilə qarşılaşacaq.

Aydın