
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda mübarizəni dayandırıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gəlib.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan matçda qonaq komanda qələbə qazanıb - 32:21. Bununla da Azərbaycan təmsilçisi EHF Avropa Kuboku ilə vidalaşıb.
Tərəflər arasında ilk matçda da rəqib komanda qalib 27:24 gəlmişdi.
Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.