Xəbər lenti

Bakıda tıxacı azaltmaq üçün tikilən tunelin inşası dayandırılıb (VİDEO)
Ekonomiks18:18 15.11.2026

Bakıda tıxacı azaltmaq üçün tikilən tunelin inşası dayandırılıb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə icra olunan layihə dayandırılıb.

Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək tunelin tikintisində hazırda heç bir iş görülmür.

Əraziyə baxış zamanı tikinti üçün nəzərdə tutulan materialların toplandığını, lakin texnikanın və işçi qüvvəsinin olmadığını müşahidə edilir.

Sürücülər hesab edirlər ki, tikintinin uzanması ərazidə nəqliyyat yükünü daha da artırır. Onların sözlərinə görə, layihənin tamamlanması təkcə bu küçələrdən istifadə edənlər üçün deyil, ətraf ərazilərdə hərəkətin təşkili baxımından da əhəmiyyətlidir.

Qeyd edək ki, tunelin inşası 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrdəndir. Bu səbəbdən tikintinin hansı mərhələdə olması, işlərin nə üçün dayandırılması və nə vaxt bərpa ediləcəyi maraq doğurur.

Avtomobil Yolları Dövlət Agentliyindən suala cavab olaraq bildirilib ki, qeyri-iş günü olduğu üçün iş həftəsində dəqiqləşdirib məlumat veriləcək.//Xəzər TV