Xəbər lenti

Azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi
Ölkə09:27 16.11.2026

Azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada yaşayan iş adamı vəfat edib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, əslən Gəncə şəhərindən olan biznesmen, 1960-cı il təvəllüdlü Saləddin Məmmədov uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində bizneslə məşğul olub.

Onun adıçəkilən şəhərdə onlarla ticarət obyektinin olduğu bildirilir. Saləddin Məmmədov bir neçə il əvvəl ağır xəstəliyə yoluxub.

Müalicələrə baxmayaraq, iş adamı noyabrın 14-də Türkiyədəki klinikalardan birində dünyasını dəyişib.

İş adamı dünən Gəncə şəhərində dəfn olunub.