Xəbər lenti

Gülüş tərziniz zəka səviyyənizi üzə çıxarır - NASA bunu seçimlərdə nəzərə alır
Dünya09:00 22.11.2026

Gülüş tərziniz zəka səviyyənizi üzə çıxarır - NASA bunu seçimlərdə nəzərə alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsanın söhbət zamanı necə gülməsi onun başqalarını nə dərəcədə anladığını və insanlarla münasibət qurmaq bacarığını göstərə bilər. NASA da uzunmüddətli kosmik missiyalar üçün astronavt seçərkən bu xüsusiyyəti nəzərə alır.

Qaynarinfo xəbər verir ki, bu barədə “YourTango” yazıb.

Jurnalist Çarlz Dahigin “Superkommunikatorlar” kitabında qeyd olunur ki, NASA 1980-ci illərdə astronavtların psixoloji vəziyyəti ilə bağlı ciddi çətinliklərlə üzləşib. Uzunmüddətli missiyalar zamanı bəzi ekipaj üzvlərində depressiya yaranır, digərləri ilə münasibətlərdə gərginlik baş verirdi.

Beynəlxalq Kosmik Stansiyada astronavtların aylarla birlikdə yaşamalı olacağını nəzərə alan agentlik seçim meyarlarını genişləndirməyə başlayıb. Artıq namizədlərin yalnız fiziki hazırlığı və peşəkar bilikləri deyil, çətin şəraitdə kollektivə uyğunlaşmaq qabiliyyəti də qiymətləndirilib.

Mütəxəssislər uğurlu astronavtların müsahibə qeydlərini araşdırarkən maraqlı məqam aşkarlayıblar. Məlum olub ki, həmsöhbətinin gülüşünə uyğun reaksiya verən, onunla eyni emosional ritmi tuta bilən şəxslər komandada daha uğurlu olurlar.

Psixoloqlar bunu emosional intellektlə əlaqələndirirlər. Belə insanlar qarşı tərəfin emosiyalarını daha yaxşı hiss edir, ünsiyyətdə uyğunlaşmağı bacarır və gərgin vəziyyətlərdə münasibətləri qoruyurlar.

Müəllifin sözlərinə görə, NASA bu yanaşmadan indi də, o cümlədən Mars missiyasına hazırlıq çərçivəsində istifadə edir. Namizədlər “Big Five” adlanan beşfaktorlu şəxsiyyət modeli əsasında qiymətləndirilirlər.

Bu model çərçivəsində ekstraversiya, mehribanlıq, stressə davamlılıq və digər şəxsi keyfiyyətlər araşdırılır. Yumor hissi və başqaları ilə emosional uyğunlaşmaq bacarığı da astronavt seçimində əhəmiyyətli amillərdən sayılır.

Aydın