Xəbər lenti

Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar - Tovuzda xəstələr şikayətçidirlər
Ölkə20:42 21.11.2026

Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar - Tovuzda xəstələr şikayətçidirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuzda şəkərli diabetdən əziyyət çəkən xəstələrə dövlət tərəfindən verilən dərmanları almaq çətinləşib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasına üz tutan xəstələr və onların yaxınları bildiriblər.

Bir çox vətəndaş növbə sıxlığından şikayətçi olub və aidiyyəti qurumlardan çarə istəyib.

Qeyd edək ki, növbədə gözləməli olan şəkər xəstələri saatlarla qaldıqları xəstəxana dəhlizlərində oturmağa belə yetərli yerin olmadığını deyiblər.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.