Xəbər lenti

Prezident: Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq
Siyasət15:04 21.11.2026

Prezident: Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı səsləndirib.

“Vyetnamın hər zaman, xüsusilə də 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq”, - deyən dövlətimizin başçısı ölkələrimizin mədəni və humanitar əlaqələrinin də zəngin tarixinin olduğunu vurğulayıb.