Xəbər lenti

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq
Siyasət15:09 21.11.2026

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə fərəhlənib".

Qaynarinfo xəbər verir ki, bu barədə Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda çıxışı zamanı bildirib.

O vurğulayıb: “Tamamilə əminəm ki, Sizin mükəmməl rəhbərliyinizlə Azərbaycan hətta bundan da böyük inkişafa nail olacaq, regionda və dünyada sülh, sabitlik amallarına dəyərli töhfəsini verəcək”.