Xəbər lenti

UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı - Texniki məğlubiyyət ola bilər
İdman09:54 21.11.2026

UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı - Texniki məğlubiyyət ola bilər

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA İntizam Komitəsinin Andorra - Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir.

Qaynarinfo Sportliqa.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub. Lakin sonradan məlum olub ki, B.Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb.

Maraqlıdır ki, AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da Bədavi Hüseynovun adı yer almayıb.

İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə, post “Facebook” və “Instagram” hesablarından silinsə də, “Threads” platformasında qalıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.