Xəbər lenti

Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Ölkə22:49 20.11.2026

Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Asiya və Sakit Okean Regionu Ölkələri İdarəsinin rəisi İsmayıl Əsədovla görüş keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə İndoneziya səfirliyinin "Instagram" səhifəsində bildirilib.

Noyabrın 18-də baş tutan görüş zamanı diplomatlar ikitərəfli münasibətlərin inkişafını və müxtəlif sahələrdə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.