Xəbər lenti

Fərda İmanov vəzifəsindən azad olundu
Ölkə20:09 20.11.2026

Fərda İmanov vəzifəsindən azad olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad edilib.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Coğrafiya elmləri doktoru, professor Fərda İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışırdı. O, 2021-ci ildən bu vəzifəni tuturdu.

Fərda İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışıb.